logo
  • information Haqqımızda
  • stars Paketlər
  • tv Tv Kanallar
  • question_answer FAQ
  • contactless ƏLAQƏ
  • payment ÖDƏMƏ
  • fingerprint Qeydiyyat

Qeydiyyat

face
mail
phone
lock_outline
lock_outline

QAYDALAR-IPTV

Ümumi şərtlər.

1.Bu razılaşma  avirtv.az Platformasının istifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.

2.Bu  İstifadəçi Razılaşmasının məqsədləri üçün aşağıda göstərilən terminlər və təyinlər aşağıdakı mənada tətbiq olunur.

              2.1. Servis-İnternet şəbəkəsində https://www.avirtv.az ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafik tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi(yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və istifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.

               2.2. Administrasiya-Qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hərəkət edir, ona Servis üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.

               2.3. İstifadəçi-razılaşma şərtlərini qəbul etmiş və Servis xidmətlərindən istifadə edən istənilən hüquq səlahiyyətli şəxsdir.

              2.4. Şəxsi kabinet – bu İstifadəçinin mühitinin İstifadəçi tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

              2.5. İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin şəxsi məlumatları, Servisdən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla, qeydiyyat vaxtı sərbəst və ya Servisdən istifadə prosesində təqdim edir.

          . 2.6. İnformasiya – Servisdə İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.

             2.7. Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.

             2.8. Mal – bu məhsul, işlər, xidmətlər, maddi-texniki resurslar, mülki və qeyri-mülki hüquqlardır.

            2.9. Həmin Razılaşmanın Tərəfləri-Administrasiya və İstifadəçilərdir.

 

3. Həmin İstifadəçi Razılaşmasında istifadə olunan və “Terminlər və şərtlər” bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izah etmə tətbiq ediləcəkdir.

 4. Servis xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.

5. Servis xidmətlərindən istifadə edərək, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və onun Servis xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.

6. İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadə etməsini dayandırmalıdır.

7. Bununla Administrasiya İstifadəçilərə Servisin xidmətlərindən istifadə etməklə IPTV üzrə xidmətləri təklif edir.

8. Ayrı xidmətlərin verilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.

9. İstifadəçi o haqda müddəanı qəbul edir ki, Servisin bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Administrasiya hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.

10. Servisdə qeydiyyat könüllüdür. Servisdə qeydiyyat halında İstifadəçi Servisin əlavə xidmətlərinə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.

11. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Servis xidmətlərindən yalnız öz şəxsi elektron ünvanından, mobil telefon nömrəsindən və paroldan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.

12. Servisdə qeydiyyat zamanı İstifadəçi tərəfindən özü haqda verilmiş məlumatların yanlışlığına görə Administrasiya məsuliyyət daşımır.

13. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.

14. İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi, Servis İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.

Saytdan istifadə.

 

  1. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya yanaşı hüquqlar sahəsində, həmçinin Servisin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.

 

  1. İstifadəçi o haqda xəbərdarlıq edilmişdir ki, Administrasiya onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, dair istinadlar Servisdə ola bilər. Administrasiya elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
  2. İstifadəçi tərəfindən verilmiş elanları, məlumatları və informasiyanı dərc etmək hüququnun  Administrasiya tərəfindən alınması məqsədi ilə İstifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir. Yuxarı sadalanmış hüquqlar Administrasiyaya pulsuz verilir. İstifadəçi Servisin bütün İstifadəçilərinə özünün tərəfindən yerləşdirilmiş informasiyaya girişə hüquq verir. Əlavə olaraq İstifadəçi Servisdə onun tərəfindən yerləşdirilmiş materiallara istənilən intellektual mülkiyyət hüquqlarına malikdir.
  3. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Servis məsuliyyət daşımır.
  4.  İstifadəçi Administrasiyanın yazılı icazəsi olmadan Servisə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür.

      6. İstifadəçi tərəfindən verilmiş məlumatlar və onun Servisdə hərəkətləri olmamalıdır

       a) yanlışlıq, qeyri-qəqiqlik və aldatma

       b) dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma

       c) özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;

        d) ədəbsizlik və ya pornoqrafiya xarakteri daşımaq

        e) özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;

      f) özündə reklam xarakterli məlumatları saxlamaq

     g) üçüncü şəxslərin intellektual mülkiyyət hüquqlarını və digər hüquqlarını pozmaq

     h) qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq

Ödənişli xidmətlər

İstifadəçilər Servisdə pullu xidmətləri sifariş edə bilərlər.

Xidmətlər üçün qiymətlər, həmçinin ödənişli xidmətlərin sifariş qaydası Servisin müvafiq səhifələrində göstərilmişdir.

1.Servisin xidmətlərini ödəmiş Servis İstifadəçisi vasitələrin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir. Pul vasitələrinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qayda ilə Administrasiya tərəfindən qəbul edilir.

2.Administrasiya pul vasitələrinin İstifadəçiyə qaytarılmasında imtina etməkdə bu hallarda haqlıdır, əgər:

  1.  İstifadəçi hazırkı Razılaşmanın şərtlərini müntəzəm pozur.
  2. Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında. Servis İstifadəçilərin vasitəsilə Servis xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır. Pul vasitələrinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.
  3. Digər hallarda Administrasiyanın qərarı üzrə.

3.Pul vəsaitlərin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

Kommunikasiya

  1. Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Servisin mesajları Servisdə dərc edilə bilər.
  2. Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
  3. Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Servisdə mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
  4. Administrasiya başqa İstifadəçilər və/və ya robotları tərəfindən Servisin səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
  5. İstifadəçinin Administrasiya və ya Servisin moderatorları ilə yazışması ünvanı Servisdə göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.

 

PROQRAM TƏMİNATI

  1. Administrasiya saytın yerləşdirildiyi domen adının, saytın özünün, mobil əlavələrin, həmçinin bütün Servis və Servisin bütün proqram təminatının xüsusi sahibkarıdır.
  2. Proqram təminatının yükləməsi zamanı Administrasiya İstifadəçiyə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan, şəxsi pulsuz adi lisenziyanı verir.
  3. Servisin funksiyalarına əsasən belə lisenziya istisna olaraq İstifadəçiyə Servisin xidmətlərindən istifadə imkanının verilməsi və onlardan xeyirlərin alınması üçün nəzərdə tutulmuşdur.
  4. (Servisin) Administrasiyanın (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.

FORS MAJOR

İstifadəçi və avirtv.az qəbul edir və razılaşır ki, tərəflər fors major halların baş verməsi nəticəsində bu Şərtlər üzrə öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət daşımır. Fors major hallara irimiqyaslı təbii fəlakətlər, müharibə, silahlı münaqişələr, dövlət orqanlarının və tərəflərin öhdəliklərini yerinə yetirməsinə mane olan digər şəxslərin qərarları və s. aiddir. Fors major hal 2 (iki) gündən çox davam etdiyi halda, fors major halın təsirinə məruz qalmış tərəf digər tərəfə məlumat verir. 

İSTİFADƏ QAYDALARININ HƏRƏKƏT MÜDDƏTİ

1.Hazırkı razılaşma İstifadəçi tərəfindən  Servisdə  qeydiyyat anından müddətsiz qüvvədədir.

2.İstifadəçi istənilən vaxt özünün Servisin xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna malikdir.

QANUNVERiCiLiK VƏ MÜBAHiSƏLƏRiN HƏLLi.

Bu Şərtlər Azərbaycan Respublikasının qanunlarına əsasən təfsir edilir və tənzimlənir. avirtv.az ilə hər hansı İstifadəçi arasında yaranmış mübahisələr ilk öncə avirtv.az-a internet səhifəsində göstərilmiş əlaqə vasitələri ilə yazılı şəkildə və ya telefon vasitəsilə məlumat vermək yolu ilə danışıqlar vasitəsilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər vasitələrlə həll edilə bilər.

FƏRDİ MƏLUMATLAR.

İstifadəçi avirtv.az-a təqdim etdiyi fərdi məlumatların istifadəçi bazası kimi avirtv.az tərəfindən, Xidmət(lər)in göstərilməsinin təmin edilməsi məqsədi ilə avirtv.az-ın belə fərdi məlumatları öz mülahizəsinə əsasən ötürdüyü şəxslər tərəfindən istifadə edilməsinə və işlənilməsinə razılığını bildirir. İstifadəçinin razılığı 5 il ərzində qüvvədədir. Bu müddət bitdikdən sonra fərdi məlumatlar qanunvericiliyə uyğun olaraq məhv edilir və ya arxivləşdirilir.

YEKUN MÜDDƏALAR.

İstifadəçi qəbul edir ki, bu Şərtlər onun hüquq və öhdəliklərini əks etdirir. İstifadəçi qəbul edir ki, bu Şərtlərlə razı olmadığı halda, Xidmətlərdən istifadə etməyəcəkdir.

MƏXFİLİK SİYASƏTİ.

  1. Hazırki məxfilik siyasəti avirtv.az Servisin İstifadəçi Razılaşmasının ayrılmaz hissəsidir.
  2. Hazırkı məxfilik Siyasəti İstifadəçinin şəxsi məlumatlarının alması, saxlaması, işlənməsi, istifadəsi, açılması və müdafiəsi qaydasını müəyyən edir.
  3. Şəxsi məlumatlar bazasının sərəncamçısı Administrasiyadır.
  4. Elanın dərc edilməsi üçün formanı dolduran zaman və ya Servisdə İstifadəçinin qeydiyyatı zamanı, və ya göndərmələrə abunə yazılma zamanı, həmçinin də Servisdən istifadənin başqa hallarında, İstifadəçi Administrasiyaya məlumatları və şəxsi məlumatları verir. Məlumatın toplanması həmçinin Servisin İstifadəçilərinin sorğularının keçirilməsi yolu ilə həyata keçirilə bilər.
  5. İstifadəçi Servisə özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, həmçinin də bununla belə şəxsi məlumatların və informasiyanın Administrasiya tərəfindən işlənməsinə razılıq verir.
  6. Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, qeydiyyat, yığım, saxlama, uyğunlaşma, dəyişiklik, yeniləmə, istifadə və yayılma kimi məcmusudur (yayılma, reallaşdırma, ötürülmə, həmçinin xaricə) və şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin istifadəsi ilə məhv edilməsidir.
  7. Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır.
  1. Servisin, onun servislərinin və xidmətlərinin fəaliyyətinin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;
  2. Servisin və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması
  3. İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qarşısının alınması

Servis istifadəçilər haqqında növbəti informasiyanı toplayır:

a)Servisdən istifadə zamanı Administrasiya İstifadəçinin daxil etdiyi şəxsi informasiyanı göstərir və ya başqa üsulla açır. Belə informasiya İstifadəçinin adı və soyadı, elektron poçt ünvanı və parolu, telefon nömrəsi,istifadəçinin yerləşdiyi yer, həmçinin ünvanı ola bilər. Əgər İstifadəçi sosial şəbəkənin profili vasitəsilə daxil olursa, Servis həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər.

b)Servis həmçinin də Administrasiya irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü, məsləklər, siyasi partiyalar və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və genetik məlumatları toplamır.

QEYD: Fərdi məlumatlar yalnız hazırkı məxfilik siyasətinə müvafiq olaraq istifadə edilə bilər. Hər bir halda, məlumatlar yalnız onların toplanılması zamanı qeyd edilən məqsədlər üçün istifadə edilə bilər. Fərdi məlumatlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə, heç bir halda üçüncü şəxslərə verilmir. Avirtv.az birbaşa internetdən istifadə ilə bağlı olan və onun tənzimləmə və nəzarətindən kənarda olan hallarla bağlı informasiya təhlükəsizliyinə təminat vermir. Fərdi məlumatlarla bağlı bu məxfilik siyasəti ilə tənzimlənməyən bütün hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.