Gələcəkdə necə olacaq? Bu sual həm filosofları həm də biznesmenləri maraqlandırır. Hər bir müasir ideyaların və texnologiyaların mənşəyi keçmişdən gəlir. 

Gəlin televiziya sahəsində 20, 50 və 100 il bundan qabaq nələrin baş verdiyini yada salaq.

25.08.1900- “Televiziya”  termininin yarandığı dövr.

Parisdəki Beynəlxalq Dünya Sərgisində Konstantin Perskyi “Elektrik vasitəsi ilə televiziya” adlı məruzəsini təqdim etmişdir. Çıxışında "televiziya" ifadəsini işlətmişdir və dünya bu sözü ilk dəfə o zaman eşitmişdi.

10.08.1928- İlk 3D TV

Təxmini iyirmi il bundan qabaq rəngli televizorlar bazarda geniş yayılmışdır. Bir neçə ay sonra  isə John Logie Baird daha maraqlı bir şey: stereoskopik Tv, və müasir 3D-ni təqdim etdi . Ancaq bunların müasir 3D-dən fərqləri var idi.

01.08.1936 – İlk canlı yayım.

İlk dəfə 1936-cı ildə Berlində keçirilmiş Olimpik oyunlar canlı olaraq göstərilmişdir. Yarışma üç kamera ilə çəkilmiş və xüsusi olaraq Berlində və Postdamda nümayiş etdirilmişdir. Alman hökumətinin o vaxtkı məqsədi necə mükəmməl olduqlarını göstərmək və insanların azərkeşliyi etdiyi komandaların oyunlarına baxmaları idi.

02.10.1946 – İlk televiziya serialı

İlk serial DuMont Televiziya şəbəkəsindən göstərilmiş “Faraway Hill’ serialı idi. Bir bölümünün büdcəsi təxmini olaraq 300$ idi.

28.02.1954- İlk rəngli televizor satıldı.

İlk rəngli televizor qiyməti 1,295 $ olan  Westinghouse H840CK15-dir hansı ki , indiki dəyəri 11,549 $-dır. Bu televizor NTSC sistemi ilə işləyir. Həmin ilin Aprel ayında RCA yeni və daha ucuz Tv olan CT-100 modelini təqdim etdi.

1979- HDTV-nin kəşfi

Yaponiya yayım şirkəti olan NHK yeni video sistemi olan MUSE (Multiple sub-Nyquisr sampling encoding)-i təqdim etdi. Bu rejimə əsaslanan ilk HDTV sistemi  HI-Vision adlanırdı. Və nəhayət ki, bu 1980-ci ildən tətbiq edilməyə başladı.

08.01.2017 – Yeni texnologiya:QLED

Yeni ekran texnologiyası olan, QLED CES 2017 sərgisində nümayiş olunub.Yeni texnologiya olan QLED  OLED-ə oxşayır, lakin bu texnologiya  parlaqlıq və rəngarənglik baxımından daha da təkmilləşdirilib. Yeni televizorların parlaqlığı əvvəlkindən daha yüksəkdir və 1500 ilə 2000 nt arasındadır . Üç QLED TV modeli var: onlardan ikisi düz, biri əyridir.