Çətin bir iş günündən sonra , stresə düşməməyi üstün tuturuq və seçimlərin bizim üçün edilməsini isdəyirik. Əslində , müasir reklamçılar və bu sahə ilə məşqul olan mütəxəssislər bu barədə lazımi bilik bazasına sahibdirlər : TV-yə baxılma saatları , seçimlər, iş və istirahət haqqında məlumatlar və s. Bunların hamısı tamaşıçıların seçimlərini təxmin etmək üçün kifayətdir. Bunu yaddan çıxartmamalıyıq ki, dinamik dünyada insanlar bir-birləri ilə vaxt keçirtməkdə vaxt azlığı yaşayırlar və yığışıb birlikdə ekran qarşısında əyləşməyi çox sevirlər. Marağlı bir təcrübə keçirtmək qərarı alındı və bu təcrübə bütün insanları bir anda bir yerə toplamağa imkan verdi. Təcrübə TV Detoksu adlanırdı və bu təcrübə insanların televizora olan asılılığını gösdərəcəkdi. Məqsəd insanların televizora baxmağını sonlandırdıqda onların hisslərini və davranışlarını öyrənmək idi. 14 ölkədən 6- 44 yaş qruplu 16.000 insan  bu təcrübədə iştirak ediblər. İlk beş gündə , kanal və provayderlər vasitəsi ilə iştirakçılara TV-yə baxmağa qadağan etdilər və onlara yalnız SVOD-a baxmağa icazə verildi. Növbəti beş gündə isə, şərtlər dəyişdirildi. İştirakçılara abunə videolarına baxmağa qadağan etdilər və əksinə olaraq , televizora baxmağa icazə verdilər. Təcrübə bitdikdə izləyicilər bildirdilər ki, beş gün ərzində televizordan məhrum olunduqda televizorun yaratdığı rahatlıq hissi, ailəyə mənsubiyyət hissi, ailə vaxtı, ətraflarında baş verənlərdən xəbərdar olmaq istəyi və yeni bir şey kəşf etmək hissi artıq yoxdur. Eyni zamanda, bir çoxu dedi ki, abunə videolarına baxmamaq, TV-yə baxmamaqdan daha asandır.