Tv-yə olan  maraq  internetli komputer və smartfonlar gələndən sonra zəifləməyə başladı. Dünya şəbəkəsinə görə, Tv monopoliyanı ilk informasiya əldə etmək məqsədli daha sonra isə əyləncə məqsədli istifadə üçün itirdi.

1975-ci ildə yalnız 11% ABŞ evlərində üç və ya daha artıq televizor var idi . 2015-ci ildə isə bu rəqəm 39%-ə qalxdı.

Ancaq bu sizi çaşdırmasın. Daha sonra hər ailəyə düşən televizorların sayı davamlı olaraq azalmağa başlamışdı. ABŞ-da bir evə düşən televizorların sayı 2009-cu ildə 2.6 idi , 2015 – ci ildə isə bu rəqəm 2.3-ə düşdü.

2003-cü ildə 3G-nin yaranmasına görə insanlar telefonların interneti ilə kəsintisiz videoya baxmaq imkanı əldə etdi. Qısa zamanda təmamilə yeni izləyici kateqoriyası yarandı .

2005-ci ildə Youtube və bir il sonra Amazon Video yarandı.  2007-ci ildə isə Netflix yayım xidməti təqdim edildi. OTT xidmətləri isə inkişaf edirdi. Amazon Video-nun hal-hazırda 100 milyon abunəçisi, Netflix-in isə Amazon Videodan 25 milyon çox abunəçisi var. YouTube isə 1.8 milyard insan tərəfindən izlənir .

2017-ci ildə Ericsson ConsumerLab tərəfindən aparılan tədqiqata görə , televizor artıq  57% insan tərəfindən əsas informasiya mənbəyi olaraq istifadə edilmirdi.

2020-ci ildə  istifadəçilərin dörtdəbir hissəsi smartfonlar vasitəsi ilə videoya baxacaq. Bu isə 2010 – cu ilə nisbətən 160% artım deməkdir.