Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlüklər mövcuddur. Analoq siqnalı retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunduğu halda rəqəmsal yayımda belə hallar baş vermir. 

Şirkətimiz 20 illik təcrübədən yararlanaraq müştərilərə IPTV vasitəsilə yeni nəsil televiziya yayımı xidməti təklif edir. İndi internet istifadəçilərimiz ev və ya ofis istifadəsi üçün tam paket televiziya yayımı xidmətini sərfəli şərtlərlə əldə edə bilər. IPTV müştərilərə sadəcə televiziya yayımı xidməti deyil, həmçinin rabitənin yeni vasitələrindən yararlanmaq imkanı verir. IPTV sistemi ilə ofis şəraitində video məzmunlu yüzlərlə televiziya kanalını şəbəkəyə qoşulmuş televizor, kompüter, telefon və planşetlərdə izləmək imkanı var.  Siz sevimli kinolarınızı, seriallarınızı və tv proqramlarınızı məkan fərqi olmadan istədiyiniz yerdə internet bağlantısı ilə izləyə bilərsiniz.

Əsas üstünlüklərimiz:

  •  Asan qoşulma və istifadə
  • Geniş kanal seçimi
  • Telekanalların Yüksək HD keyfiyyətdə yayımı
  • Televizor ekranında maksimum dəqiq və kontrastlı görüntü
  • Dünyanın istənilən nöqtəsində internet olduqda TV izləmək imkanı
  • Populyar kanallar
  • Futbol kanalları